Bakıda anadan olan, İnterpolun qırmızı xətti ilə axtarılan prezident qızı dünyaca məşhur Nüsrət Gökmənin restoranında görüntülənib.
"Unikal" xəbər verir ki, Salt Bae-nin sahibi Nusret Gökçenin Dubaydakı restoranına gələn milyarder qadının fotosu dünya mətbuatında geniş əks-səda doğurub.
Məlum olub ki, məşhur aşpazın əli ilə yedizdirdiyi qadın İnterpolun qırmızı xətti ilə axtarışda olan Anqolanın keçmiş prezidenti Xose Eduardo dos Santosun qızı 49 yaşlı İzabel dos Santosdur. Dünyada axtarılan Santosun əyləncəli vəziyyətləri reaksiyalara səbəb olub. Beynəlxalq Kriminal Polis Təşkilatının (İnterpol) barəsində həbs qərarı çıxardığı İzabel dos Santos (49) 2017-ci ildən həbsdədir. Anqolanın keçmiş prezidenti olan atası Xose Eduardo dos Santosun 38 illik rəhbərliyi başa çatdıqdan sonra İzabel dos Santosa qarşı istintaq açılıb.
2,2 milyard dollar sərvəti ilə Afrikanın ən zəngin qadını kimi tanınan dos Santos və əri 5 milyard dollarlıq korrupsiya və çirkli pulların yuyulması kimi ittihamlarla axtarışa verilib.İzabel dos Santos o vaxtdan London, Lissabon və Dubayda yaşayır. O, sosial şəbəkələrdə də tez-tez məkan məlumatlarını paylaşır. Sonuncu dəfə Qətərdə keçirilən dünya çempionatında görüntülənən Dos Santos bu dəfə Nusret Gökçenin Dubaydakı lüks ət restoranında yemək yeyib. Bu anlar İnstaqramda yayımlanıb.Gökçenin şəxsən təqdim etdiyi görüntülər dünya mediasının gündəminə düşüb. Gökçənin dos Santosun axtarılmasından xəbəri olub-olmadığı bilinmir.
Bakıda anadan olan İzabel dos Santos Anqolada dövlət neft şirkətini idarə edərkən dövlətin neft gəlirlərini mənimsəməkdə ittiham olunur.