Bu həftə müdafiə sahəsində kadr dəyişikliyi olmayacaq. Buna görə də Oleksiy Reznikov Ukraynanın müdafiə naziri postunda qalır.
"Unikal" xəbər verir kiŞ bu barədə "Xalqın xidmətçisi" fraksiyasının lideri David Arahamiya açıqlayıb.
"Biz Ukrayna Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Xidmətinin rəhbərlərinin təyinatını gözləyirik. Müdafiə sahəsində kadr dəyişiklikləri bu həftə baş verməyəcək", - Arahamiya bildirib.
Xatırladaq ki, o, bundan əvvəl Ali Radanın Aleksey Reznikovu müdafiə naziri vəzifəsindən istefaya göndərdiyini açıqlamışdı.
***09:31
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov Ukraynanın müdafiə naziri vəzifəsinə təyin edilib.
"Unikal" xəbər verir ki, kadr dəyişiklikləri barədə rəsmi məlumatı Ukrayna prezident fraksiyasının rəhbəri David Arakhamia verib.
Reznikov Ukraynanın Sənaye Strateji Sektorlar Nazirliyinə rəhbərlik edəcək.
Qeyd edək ki, eks-müdafiə nazirinin dünən gecə saatlarında istefa verdiyi deyilir.
Kiyevin siyasi dairələrində ordu üçün ərzaq məhsullarının şişirdilmiş qiymətlərlə alınması ilə bağlı mətbuatda yazılar dərc edildikdən sonra Reznikovun dəyişdirilməsinin mümkünlüyü müzakirə olunmağa başladı.
Bundan sonra müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov və dövlət satınalmaları departamentinin direktor müavini Bohdan Xmelnitski istefa ərizəsi verib.
İndi onlar korrupsiyada və Ukrayna silahlı qüvvələrinin fəaliyyətinə mane olmaqda ittiham olunurlar.
Ağarza Elçinoğlu