"Ermənistan tərəfi artıq dəstək verməyə hazır olduğunu bəyan edib, hazırda zərərçəkmiş ölkələrə humanitar və xilasetmə yardımının göstərilməsi müzakirə edilir".

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib.

Ermənistanın baş naziri Türkiyədə Suriya ilə sərhəddə qeydə alınan dağıdıcı zəlzələ ilə bağlı hər iki ölkəyə başsağlığı verib . Nikol Paşinyan da tvitində kömək etməyə hazır olduğunu bildirib.

Son məlumatlara görə, Suriyada dörd erməni, Türkiyənin Malatya şəhərində isə iki etnik erməni ölüb. Ümumilikdə, qurbanların sayı 2000-ə yaxınlaşır.

13:20

Türkiyə və Suriyada baş verən və çoxlu insan tələfatı ilə nəticələnən dağıdıcı zəlzələ xəbəri məni çox kədərləndirdi.

"Unikal" hraparak-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 

"Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq", -  deyə o, bildirib. 

Həmçinin, o  Ermənistanın hər iki ölkəyə yardım göstərməyə hazır olduğunu vurğulayıb. 

 Gülayə  Mecid