Estoniya Prezidenti Alar Karis Estoniya Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Marqus Laidrenin geri çağırılması haqqında sərəncam imzalayıb.
"Unikal" xəbər verir ki, müvafiq fərman Estoniya prezidentinin saytında dərc olunub.
Bildirilir ki, Estoniyanın Moskvadakı səfiri Marqus Laidre fevralın 7-dək Rusiyanı tərk etməlidir. Öz növbəsində, Rusiyanın Tallinndəki səfiri Volodimir Lipayev də fevralın 7-dən gec olmayaraq Estoniyanı tərk etməlidir.
Estoniya ayrıca vurğulayıb ki, Moskvadakı səfirliyini bağlamaq niyyətində deyil.
Gülayə Mecid