Araşdırmaçı-Jurnalist Müge Anlı Qızıl Aypara vasitəsilə başladığı yardım kampaniyasında zəlzələ qurbanları üçün 24 saat ərzində 10 milyon TL ianə toplayıb.
"Unikal" xəbər verir ki, Müge Anlı dünənki verilişində mərkəzi Kahramanmaraş və 10 vilayətin təsirləndiyi iki böyük zəlzələ üçün Qızıl Aypara vasitəsilə yardım kampaniyası başladığını açıqlayıb.
Beləliklə, həmin kampaniyada rekord ianə əldə edilib. Toplanan bütün yardımlar zəlzələ bölgələrinə göndəriləcək.