Misir və Suriyanın dövlət başçıları arasında 2014-cü ildən bəri ilk dəfə təmas qurulub.
"Unikal" xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi başsağlığı vermək üçün Suriya prezidenti Bəşər Əsədə zəng edib.
Bu, iki ölkə lideri arasında son 9 ildə baş tutan ilk danışıq olub.
Əbdülfəttah əs-Sisi suriyalı həmkarına yüzlərlə insanın həyatına son qoyan güclü zəlzələnin nəticələrindən üzüldüyünü bildirib.
Telefon danışığı zamanı əs-Sisi Misirin bu ağrılı fəlakətdə Suriya və onun qardaş xalqı ilə həmrəy olduğunu söyləyib. Misirli siyasətçi Suriyaya lazımi yardımı göstərməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, dünən səhər saatlarında Suriyada baş verən dağıdıcı zəlzələ nəticəsində ölü sayı 160