Tula vilayətinin Efremov şəhərində beşmərtəbəli yaşayış binasının girişi uçub.
"Unikal" xəbər verir ki, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb. İlkin məlumata görə 5 nəfərin öldüyü bildirilir. Dağıntılar altında insanların qaldığı deyilir.
Hadisənin ilkin səbəbi məişət qazının partlaması göstərilir. Hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.