Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlanları Rza Talıbov və Seymur Talıbov növbəti dəfə ölkəni tərk edib.
"Unikal"ın əldə etdiyi məlumata görə, Dövlət Miqrasiya Xidmətinin Baş idarə rəisi olan general-mayor R.Talıbov qardaşı ilə birlikdə təxminən 10 gün əvvəl Dubaya səfər edib. Onlar 2 gün orada qaldıqdan sonra ölkəyə geri dönüblər.
Xatırladaq ki, Rza Talıbov yanvar ayının 9-da qardaşı Seymur Talıbovla birlikdə İstanbula da səfər etmişdi. Onu da qeyd edək ki, bir müddət öncə Talıbovlar ailəsinin Dubaydakı mülklərinin siyahısı üzə çıxmışdı.
Seymur Əli