Argentinalı hücumçu Lionel Messi Dünya Kubokunun yarımfinalında İngiltərə üzərində 2-1 hesablı qələbəni argentinalı əfsanə Dieqo Maradonaya həsr edib.

"Unikal" xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

"Əminəm ki, Dieqo orada inanılmaz dərəcədə xoşbəxtdir. Bu qələbə onun üçün də keçərlidir. Ona bu sevinci verə bildiyim üçün xoşbəxtəm və ümid edirəm ki, bu anı yaşayır. Dieqonun dövründə yaşadığımız üçün şanslı idik. Heç vaxt özümü onunla müqayisə etmək istəməmişəm və bilirəm ki, o, məni sevirdi. Birlikdə keçirdiyimiz bütün gözəl anları qiymətləndirirəm", - deyə insayder  Messinin sözlərini sitat gətirib. 

Dünya Kubokunun finalında Dünya Çempionu Argentina Fransanı mübarizədən kənarlaşdıran Avropa Çempionu İspaniya ilə qarşılaşacaq.

Gülayə Mecid