Tehran hazırda Vaşinqtonla danışıqları bərpa etməyi düşünmür.

"Unikal" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Diplomat jurnalistlərə bildirib ki, "Hazırda danışıqlar üçün heç bir planımız yoxdur; biz müdafiəyə diqqət yetiririk".

O, ölkənin silahlı qüvvələrinin istənilən hücuma cavab verməyə hazır olduqlarını bir daha vurğulayıb.  Bəqayi həmçinin xatırladıb ki, Tehran və Vaşinqton arasında anlaşma memorandumunun qarşılıqlı öhdəliklər nəzərdə tutulub. Onun sözlərinə görə, qarşı tərəf öz vədlərini yerinə yetirməsə, İran razılaşmanın öz hissəsinə əməl etməyəcək.

Gülayə Mecid