Bakırköy Respublika Prokurorluğu sənətçilər, aktyorlar, iş adamları və sahibkarlar da daxil olmaqla, 25 şübhəlini hədəf alan narkotik əməliyyatının başladığını açıqlayıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Narkotik istifadəsinə kömək etmək və narkotik istifadəsi üçün yer təmin etmək” ittihamlarını da əhatə edən istintaq çərçivəsində məşhur müğənni İlyas Yalçıntaş, Sıla və prodüser Fateh Aksoy da daxil olmaqla doqquz nəfər jandarma qrupları tərəfindən nəzarətə alınıb.
Şübhəlilərin narkotik və stimullaşdırıcı maddələrdən istifadə etdiklərini, istifadəsinə şərait yaratdıqlarını və ya istifadə üçün yerlər təmin etdiklərini göstərən dəlillər tapılıb.
Gülayə Mecid
















































.jpg)



.jpg)
