"Zirə" UEFA Konfrans Liqasında növbəti oyununu bu gün keçirəcək.
"Unikal" xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda Gürcüstanda "Torpedo"nun qonağı olacaq.
Qarşılaşma Kutaisidəki "Şengeliya Arena"da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Görüşün baş hakimi macarıstanlı FIFA referisi Mihali Kapray olacaq.
Cütün qalibi növbəti mərhələdə "Hegelmann" (Litva) – "Payde" (Estoniya) duelinin güclüsü ilə görüşəcək.
Xatırladaq ki, Sumqayıtdakı ilk oyunda "Zirə" rəqibini üç cavabsız qolla məğlub edib.









































.jpg)



.jpg)



.jpg)




