İyulun 15-də axşam saatlarında Göyçay şəhəri ərazisində bıçaqlanma olub.
"Unikal"ın məlumatına görə, 46 yaşlı rayon sakini Fariz Səlimov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 36 yaşlı Mikayıl Əliyevə kəsici alətlə xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan saytımıza bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırma aparılır.
Murad İbrahimli



















































