Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Yaşayış və qeyri-yaşayış obyektləri (kompleksləri, zonaları) üçün parklanma yerlərinin minimal sayının məcburi kvotası"nı təsdiqləyib.
"Unikal" xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.
Qərara əsasən, kvota aşağıdakı kimidir:
|
Tikinti obyektlərinin təyinatı |
Tikinti obyektləri üçün parklanma yerlərinin minimal sayı (avtomobil-yer) |
|
1. Yaşayış binaları |
|
|
1.1. Çoxmənzilli yaşayış binaları |
hər mənzil üçün 1 yer, ümumi sahəsi 180 m2 və bundan yuxarı olan hər mənzil üçün 1,3 yer |
|
1.2. Fərdi yaşayış evləri |
hər ev üçün 1 yer |
|
2. İdarəetmə, hüquq və maliyyə-kredit təşkilatları, ofis binaları və otaqları |
|
|
2.1. Dövlət orqanları (qurumları) üçün binalar |
ümumi sahənin hər 75 m2 üçün 1 yer |
|
2.2. Yerli özünüidarəetmə orqanları üçün binalar |
ümumi sahənin hər 100 m2 üçün 1 yer |
|
2.3. İş mərkəzləri, sığorta və hüquq təşkilatları, ofis binaları və otaqları |
ümumi sahənin hər 50 m2 üçün 1 yer |
|
2.4. Banklar və maliyyə-kredit təşkilatları |
ümumi sahənin hər 50 m2 üçün 1 yer |
|
2.5. Çoxfunksiyalı bina və komplekslər * |
binanın müxtəlif funksiyalı hər bölməsi üçün bu cədvələ uyğun olaraq ayrıca müəyyən edilir |
|
3. Təhsil müəssisələri, elmi və layihə təşkilatları |
|
|
3.1. Məktəbəqədər təhsil müəssisələri |
ümumi sahənin hər 300 m2 üçün 1 yer |
|
3.2. Ümumi təhsil müəssisələri |
ümumi sahənin hər 300 m2 üçün 1 yer |
|
3.3. İlk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələri |
ümumi sahənin hər 200 m2 üçün 1 yer |
|
3.4. Təlim-tədris və hazırlıq kursları |
ümumi sahənin hər 300 m2 üçün 1 yer |
|
3.5. Elmi, elmi-tədqiqat və layihə təşkilatları |
ümumi sahənin hər 170 m2 üçün 1 yer |
|
4. Səhiyyə müəssisələri |
|
|
4.1. Poliklinikalar və digər ambulator tipli müəssisələr |
ümumi sahənin hər 100 m2 üçün 1 yer |
|
4.2. Xəstəxanalar və digər stasionar tipli müəssisələr |
hər 5 çarpayı üçün 1 yer |
|
5. Ticarət obyektləri |
|
|
5.1. Mağazalar (ayrıca yerləşən və ümumi sahəsi 200 m2-dən çox olan) |
ümumi sahənin 200 m2-dən çox olan hər 50 m2 hissəsi üçün 1 yer |
|
5.2. Bazarlar və topdan satış mərkəzləri |
ümumi sahənin hər 100 m2 üçün 3 yer |
|
6. İaşə obyektləri və mehmanxanalar |
|
|
6.1. Restoranlar |
ümumi sahənin hər 50 m2 üçün 1 yer |
|
6.2. Kafeteri və çayxanalar |
ümumi sahənin hər 75 m2 üçün 1 yer |
|
6.3. Şadlıq sarayları və mərasim zalları |
ümumi sahənin hər 30 m2 üçün 1 yer |
|
6.4. Mehmanxanalar və digər növ yerləşdirmə obyektləri |
hər 15 çarpayı üçün 1 yer |
|
6.5. Motellər |
otaq sayının ən azı 80%-i üçün yer |
|
7. Mədəniyyət və dini obyektlər |
|
|
7.1. Kinoteatr, teatr, sirk, konsert və konfrans zalları |
hər 10 oturacaq üçün 1 yer |
|
7.2. Kitabxanalar, rəsm qalereyaları, muzeylər və sərgi salonları |
ümumi sahənin hər 350 m2 üçün 1 yer |
|
7.3. Məscidlər, kilsələr, sinaqoqlar və digərləri |
ümumi sahənin hər 100 m2 üçün 1 yer |
|
8. İdman və əyləncə obyektləri |
|
|
8.1. Tamaşaçı yerləri olmayan idman obyektləri (məsələn məşq bazaları) |
idman sahəsinin hər 200 m2 üçün 1 yer |
|
8.2. Tamaşaçı yerləri olan idman kompleksləri və stadionlar |
hər 20 oturacaq üçün 1 yer |
|
8.3. Tamaşaçı yerləri olmayan oyun və idman zalları (fitnes, idman və məşq zalları) |
ümumi sahənin hər 100 m2 üçün 1 yer |
|
8.4. Tamaşaçı yerləri olan oyun və idman zalları |
ümumi sahənin hər 100 m2 üçün 1 yer + hər 20 oturacaq üçün 1 yer |
|
8.5. Açıq üzgüçülük hovuzları, akvaparklar |
hovuzun hər 10 m2 sahəsi üçün 1 yer |
|
8.6. Tamaşaçı yerləri olmayan qapalı üzgüçülük hovuzları |
ümumi sahənin hər 100 m2 üçün 1 yer |
|
8.7. Tamaşaçı yerləri olan qapalı üzgüçülük hovuzları |
ümumi sahənin hər 100 m2 üçün 1 yer + hər 20 oturacaq üçün 1 yer |
|
8.8. İstirahət və əyləncə obyektləri (əyləncə mərkəzləri, oyun avtomatları zalları və s.) |
ümumi sahənin hər 30 m2 üçün 1 yer |
|
9. Kommunal obyektlər |
|
|
9.1. Hamamlar, saunalar |
ümumi sahənin hər 35 m2 üçün 1 yer |
|
10. Nəqliyyat obyektləri |
|
|
10.1. Sərnişin vağzalları (dəmir yolu, avtomobil, su nəqliyyatı və aerovağzallar) və limanlar |
hər 10 sərnişin üçün 1 yer |
|
10.2. Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri və stansiyaları |
ümumi sahənin hər 40 m2 üçün 1 yer |
|
11. İstehsalat (sənaye, elmi-istehsalat, kommunal-anbar) obyektləri |
|
|
11.1. Sənaye və elmi-istehsalat müəssisələri |
ümumi sahənin hər 150 m2 üçün 1 yer |
|
11.2. Logistika (anbar) obyektləri |
ümumi sahənin hər 250 m2 üçün 1 yer |
|
12. Rekreasiya əraziləri və istirahət obyektləri |
|
|
12.1. Çimərliklər və parklar |
hər 100 eyni zamanda gələn ziyarətçiyə 15 yer |
|
12.2. Meşə-parklar və qoruqlar |
hər 100 eyni zamanda gələn ziyarətçiyə 7 yer |
|
12.3. İstirahət evləri və bazaları, sanatoriyalar, sanatoriya-profilaktoriyalar və turist bazaları |
hər 100 istirahət edən üçün 10 yer |
|
12.4. Kurortlar, pansionatlar, təbii müalicəvi sağlamlıq mərkəzləri (termal kurortlar) |
otaq sayının ən azı 25%-i üçün 1 yer |
|
13. Qəbiristanlıqlar |
|
|
13.1. Qəbiristanlıqlar |
hər 1 hektar ərazi üçün 10 yer |
Komitənin Ümumi işlər və Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.








.jpg)





















.jpg)



.jpeg)






.jpg)






