Türkiyədə baş vermiş güclü zəlzələlərdən zərər çəkmiş insanlara köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında da dəstək aksiyası başlayıb.
"Unikal" xəbər verir ki, bu gün daha 10 TIR yardım Türkiyəyə yola salınıb.
Göndərilən TIR-lardan birində Əlahiddə Ümumqoşun Ordu tərəfindən verilən 43 çadır dəsti, 2 mini generator, eləcə də, qızdırıcı, istilik ləvazimatları olub. Digər 9 TIR-a isə əsasən qida, geyim, uşaq bezi, qablaşdırılmış su, yataq, yorğan dəstləri, xalçalar yığılaraq göndərilib.