"Sosial şəbəkə meymunları yenə də dövriyəyə girdi. Məsxərə ilə paylaşırlar ki, görəsən millət vəkilləri öz maaşlarını Türkiyəyə yardım üçün göndərdilərmi? Bay və bayan meymunlar, agah olun ki, Milli Məclisin sədrindən başlamış sıravi deputata qədər hamısı könüllü şəkildə maaşından əhəmiyyətli məbləği Türkiyəyə yardım üçün göndərib".
"Unikal" xəbər veriir ki, bunu deputat Fazil Mustafa deyib.
"Üstəlik də ayrı-ayrı yardım toplama məntəqələrdə yaşam üçün vacib malları da hazırlayıb təhvil verən xeyli deputatlar var. Bunu reklam etmək üçün hər qutunun yanında şəkilmi çəkdirməlidirlər? Türkiyəmizin bu acı günündə hər kəs səmimi şəkildə öz imkanı çatanı etsin, yalandan vətənpərvərlik pozası alıb meymunluq etməyə gərək yox! Bölücülüklə məşğul olmağa nə gərək var? Prezidenti də, deputatı da, məmuru da, ziyalısı da, müəllimi də, həkimi də, hətta məktəblisi də Türkiyənin acısını öz canında hiss edir, əlindən gələni əsirgəmir. Bu gün hər bir ləyaqətli azərbaycanlı həqiqətən də Türkiyə ilə nəfəs alır. Bu yersiz hərəkətlərinizi acı, kədərli günlərimizdə bəlkə təxirə salasınız?", - deyə o qeyd edib.