ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani yazda Cənubi Qafqaz regionuna səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Şimali Makedoniyanın ATƏT-dəki Nümayəndəliyindən bildirilib.
“Hələlik biz ATƏT sədrinin yazda bölgəyə səfərini gözləyirik”, - sorğuya cavab olaraq qeyd olunub.
Qeyd edək ki, Buyar Osmaninin ötən au Azərbaycan və Ermənistandan olan həmkarları ilə telefon danışığı zamanı regiona səfərinə dair razılıq əldə olunub.