Cüdoçumuz Orxan Səfərov İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqədə finala yüksəlib.
"Unikal" xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Laşa Nadiradzeni (Gürcüstan) məğlub edib.
O, qızıl medal uğrunda Vaja Margelaşvili (Gürcüstan) - Alberto Martin (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Final görüşləri saat 19:00-da başlayacaq.