POLİMİ-nin 2 müəllimi və Milan Politexnik Universitetinin 11 tələbəsi Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) səfər edib.
"Unikal" xəbər verir ki, səfər Elm və Təhsil Nazirliyinin “POLİMİ və AzMİU arasında bakalavriat səviyyəsində dizayn ixtisasında ikili diplom proqramının həyata keçirilməsinə dəstək” adlı qrant layihəsi çərçivəsində həyata keçirilib.
Layihə çərçivəsində tələbələrin "Orta əsr məkanının interyer və brendinq dizaynı" mövzusunda vorkşopu təşkil olunub. 5 gün davam edən layihənin ilk günündə iştirakçılar Azərbaycanın tarixi məkanlarına baxış keçiriblər. Əyani baxışdan sonra tarixi məkanların interyer və brendinq dizaynı işlənilib.
Layihənin sonuncu günü hazırlanan dizayn işlərinin sərgisi keçirilib, AzMİU rəhbərliyi, müəllimləri və POLİMİ müəllimləri işlərlə tanış olublar. Tələbələr işlər haqqında sərgi iştirakçılarına geniş məlumat veriblər.
Sərgidən sonra layihədə iştirak edən tələbə və müəllimlərə sertifikat təqdim olunub.