Tələbə və könüllülərlə iş şöbəsinin təşkilatçılığı ilə “Business Development” şirkətinin həmtəsisçisi, təlimçi Elvin Hüseynov tərəfindən Akademiyanın tələbələri üçün “Layihələrin yazılması, idarə olunması” mövzusunda təlim keçirilib.
"Unikal" xəbər verir ki, təlimin əsas məqsədi Akademiya tələbələrinin bilik və təcrübə mübadiləsinin artırılması, asudə vaxtlarının daha səmərəli və faydalı təşkilinə nail olunması, eləcə də onlarda layihə ideyasının tapılması, ideyanın layihəyə uyğunlaşdırılması, layihə yazılması və idarə olunması bacarıqlarının formalaşdırılmasıdır.
Təlimdə layihənin uğur qazanması üçün əsas göstəricilər, səlahiyyətlərin bölüşdürülməsi, layihənin mərhələləri, SMART hədəflər, SWOT və PESTLE analizləri, büdcə planının hazırlanması, ehtimal olunan problemlər və layihənin uğurla başa çatdırılması mövzularına toxunulub, tələbələrin çoxsaylı sualları cavablandırılıb.