Türkiyədəki dəhşətli zəlzələdən sonra bölgəyə müxtəlif ölkələrdən yardımlar göndərilməyə başladı. İlk yardıma tələsən ölkələrdən biri də qardaş ölkə Azərbaycan oldu.
"Unikal" xəbər verir ki, Kahramanmaraşda Sahə Xəstəxanası yaradan azərbaycanlı həkimlər zəlzələdə xəsarət alanlara yardım etməyə davam edir. Türk telekanalının əməkdaşı azərbaycanlı həkim Eyvazov Qurbanla danışıb.
“Bizə get deyənədək burada kömək etməyə davam edəcəyik”, - deyə Qurban bildirib.