Gələcəkdə “Azərişıq”dan elektrik enerjisinin satışı çıxarılacaq.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında Energetika Nazirliyinin Hüquq şöbəsinin müdiri İbrahim Ağayev deyib.
O bildirib ki, yalnız satış deyil, eləcə də alış edə bilməyəcək: “ “Azərişıq” yalnız bir fəaliyyətlə məşğul olacaq. Qurumun ancaq paylama funksiyası saxlanılacaq. Satışla isə müstəqil satıcılar məşğul olacaq”.
Anar Kəlbiyev