Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşkilatçılığı, “Code Academy”nin tərəfdaşlığı ilə "Code for Future" layihəsinin təqdimatı keçirilib.
"Unikal" xəbər verir ki, layihə iki istiqamətdə - Memarlıq və Mühəndislik üzrə həyata keçiriləcək. Layihənin məqsədi tələbələrə kiçik (junior) mütəxəssislər səviyyəsində “AutoCAD”, “Solidworks”, “3D Max” proqramlarının öyrədilməsidir.
Layihə çərçivəsində bu biliklərə yiyələnməsi üçün ümumilikdə 108 tələbə təlimlərə cəlb olunacaq.