Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abdelouahab Osmanla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüş zamanı Azərbaycan və Əlcəzair arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq perspektivləri sahəsində fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.