Azərbaycan İdman Jurnalistləri İB-nin sədri, ARB24 televiziyasının İdman şöbəsinin rəhbəri Azər İsmayıl ASAPES-in "İdman jurnalistikası" magistr proqramının tələbələri və Multimedia mərkəzinin əməkdaşları ilə görüşüb.
"Unikal" xəbər verir ki, qonaq əvvəlcə Multimedia mərkəzindəki radio və TV studiyasına, həmçinin montaj otağına baş çəkərək tələbələr üçün yaradılan şəraitlə əyani şəkildə tanış olub.
Daha sonra Azər İsmayıl əmək bazarında idman jurnalistlərinin qarşısına qoyulan tələblərdən və iş prosesi zamanı üzləşdiyi maraqlı məqamlardan bəhs edib. O eyni zamanda idman sahəsində çalışmağın verdiyi üstünlüklər barədə təəssüratlarını ASAPES-in magistr proqramının tələbələri və Multimedia mərkəzinin əməkdaşları ilə bölüşüb.
Görüş zamanı Azərbaycan İdman Jurnalistləri İB ilə ASAPES arasında gələcək əməkdaşlıq perspektivlərinə də toxunulub.