Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinə yeni rəis təyin edilib.
"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Arzu Heydərov təyin edilib.
Bu təyinata qədər o, DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olub.