"Hazırda ölkəmizdə seysmiklik fon səviyyəsindədir. Elə bir seysmogen ərazi yoxdur ki, orada dağıdıcı zəlzələ olsun".
Bunu "Unikal"a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, hər gün xırda təkanlar olur: "Gecədən səhərə kimi 35 təkan olub. Bunların arasında hiss olunanı da var, amma qorxulu deyil".
Qeyd edək ki, bu gün İmişli və Lerikdə zəlzələ baş verib.
Anar Kəlbiyev