"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə cavab oyununa çıxacaq.

"Unikal" xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Belçika klubu ilə qarşılaşacaq.

"Gelamko Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

"Qarabağ" iki oyunun cəmində də qalib gələrsə, avrokuboklarda 1/8 finala adlayan ilk Azərbaycan klubu olacaq.

Qeyd edək ki, Bakıdakı ilk matçda "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.