"Bir neçə gün bundan əvvəl atəşkəs 15 dəfə pozuldu. O cümlədən, Sədərək, Şuşa və Kəlbəcərə atəş açıldı. Problem kifayət qədər ciddiləşib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, Laçın dəhlizində nəzarət mexanizmini həyata keçirmək üçün Rusiya ilə danışıqları daha da intensivləşdirmək lazımdır:
"Orada bizim gömrüyümüz və sərhəd xidmətimiz olmalıdır. Ona görə ki, həmin yoldan Qarabağ ərazisinə silah-sursatın çatdırılması imkanı yaranmasın. Ermənistanın baş naziri Nikol Paşinyanın son vaxtlar ən çox fikir verdiyi bu dəhlizdir ki, oradan istənilən avadanlığı Qarabağa gətirsin. Həmin ərazidə qeyri-qanuni erməni silahlı birləşmələri bu gün də fəaliyyət göstərir. Vəziyyətin getdikcə kritik hala gəlməsi göz qabağındadır".
Anar Kəlbiyev