“Bələdiyyələrlə bağlı müəyyən dəyişikliklərin edilməsi üçün Milli Məclisin Regional məsələlər komitəsi müəyyən qanun layihələri hazırlaya bilər. Parlament qanunverici orqan olduğundan buna səlahiyyəti var. Ədliyyə Nazirliyi olaraq da lazımi köməklikləri göstərməyə hazırıq”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.
Nazir müavini xatırladıb ki, bələdiyyələrin və üzvlərinin sayının azaldılması qüvvədə olan qanunvericiliyə uyğun həll edilir: “Bələdiyyələrin səlahiyyətləri də konstitusiyaya uyğun tənzimlənir. Dəyişiklik istəyiriksə, mütləq şəkildə konstitusiyaya yenidən baxılmalıdır. Bələdiyyə sədrləri və üzvlərinin iştirakı ilə görüşlərin keçirilməsi də mümkün ola bilər”.
Anar Kəlbiyev