"Afət Həsənovanın “Forma-88” göndərişinin ödənişli olması məsələsinə gəlincə, fasilədə TƏBİB-in rəhbərliyi ilə əlaqə saxladım və belə bir ödənişin olmamasını bildirdilər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O qeyd edib ki, belə bir qanunvericilik tələbi yoxdur: "Hətta belə bir göstəriş yoxdur ki, əlilliyin müəyyən edilməsi ilə bağlı verilən “Forma-88” ödənişlidir. Kimsə bunu edirsə, bu, qanun pozuntusudur və cəzalarını almalıdırlar”.
Anar Kəlbiyev