“Aztelekom” MMC Tovuz rayonunun Aşağı Öysüzlü, Qazqulu, Bozalqanlı, Abulbəyli, Düz Cırdaxan, Cəlilli kəndlərində GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb.
"Unikal" xəbər verir ki, Tovuz rayonunda ümumilikdə 5610 ev təsərrüfatı yüksəksürətli internetlə əhatə edilib. Hazırda 1841 abunəçi müvafiq xidmətlərdən yararlanır və yeni qoşulmalar davam edir.
Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:
– internet
– internet + telefoniya
– internet + televiziya
– internet + telefoniya + televiziya
Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.
Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (ünvan: Tovuz rayonu, Sabir küçəsi 26), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrinin də yüksəksürətli internetlə təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.