Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinə yeni rəis təyin edilib.
"Unikal" xəbər verir ki, bu vəzifəyə baş ədliyyə müşaviri Emil Kazımov təyinat alıb.
O, bu gün kollektivə təqdim edilib.
Xatırladaq ki, ötən ay Naxçıvanın Penitensiar Xidmətinin rəisi, ədliyyə general-mayoru Tofiq Etibar oğlu Həsənov həbs edilmişdi. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almada şübhəli bilinib. Məhkəmənin qərarı ilə general barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.