"Səyyar qəbul otağı" həftənin cümə günü Qobustan rayonunda təşkil olunub.
"Unikal" xəbər verir ki, aksiyada 8 müraciət ünvanlanıb. Nüsrət Rəhimovla İldırım İsayevin timsalında daha 2 nəfərin istəyi qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub. Səslənən digər müraciətlərin məğzinə gəlincə, bunlar qeyri-yaşayış sahəsinin, həmçinin fərdi yaşayış evinin qazlaşdırılmasından ibarət olub. "Açıq mikrofon" aksiyasında SOCAR "Azəriqaz" İB-nin Ağsu RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.