"Bir çoxları bizi qınadı. Düşünmədən danışdılar, cahildirlər, qınamıram. Tərəfini saxlayıb, yazırdınız ki, yazıqdır, kasıbdır, yaxşı edib götürüb, haram puldur. Ailəmə bu günə kimi haram pul yedizdirməmişəm. Tərəfini saxladığınız şəxs qumar oyunlarının fəal iştirakçısıdır. Bütün pulunu, hər şeyini qumarda uduzan biridir. Nərimanov Rayonu Polis İdarəsi həmin şəxsi zərərsizləşdirdi".
"Unikal" xəbər verir ki, bu sözləri müğənni Zenfira İbrahimova deyib. Həyat yoldaşı Anar Heydərovun avtomobilindən 15 min manat pulu oğurlanan ifaçı həmin şəxsin saxlanıldığını bildirib.