Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin növbəti həftə daha 1 şəhər və 3 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.
Bu barədə “Unikal"a “Azəriqaz”dan məlumat verilib.
Bildirilib ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Göygöl rayonunda (Heydər Əliyev Parkı), 2-ci günü saat 14:00-15:00-a dək Naftalan şəhərində (Nəriman Nərimanov Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək Goranboy rayonunda (Gənclər Parkı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Samux rayonunda (Yeni Azərbaycan Partiyasının inzibati binasının qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.