"Yaxın vaxtlarda Şuşada "ASAN xidmət"in açılması planlaşdırılır".

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. 

O bildirib ki, ilk əvvəl ASAN xidmət Şuşada fəaliyyətə  başlayacaq:

"Hazırda Şuşada inşa edilən ASAN xidmət mərkəzi tamamlanmaq üzrədir. Ümumiyyətlə, azad olunan ərazilərə böyük qayıdış davam edir. Dövlətimiz öz gücü hesabına orada şəhər və kəndərimizi sıfırdan qurur. Əhalinin köçü baş verdiyi ərəfədə də ASAN xidmət mərkəzləri fəaliyyətə başlayacaq. Qısa müddətdə Şuşada ASAN xidmət mərkəzi açılacaq. Ondan sonra isə digər rayonlarımızda fəaliyyətə başlayacaq".

Anar Kəlbiyev