Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri fevralın 26-da faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.
"Unikal" xəbər verir ki, Xocalı soyqırımı abidəsinin önünə əklil və gül dəstələri qoyulub, bəşəriyyətə qarşı dəhşətli cinayət olan soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub.
Fotolar: Ayxan Malikov