Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qraet tutduğu vəzifədən istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə FFF-nin rəsmi saytında məlumat dərc olunub.
"Le Graet istefa qərarını 28 fevral çərşənbə axşamı günü Fransa Futbol Federasiyasının İdarə Heyətində açıqladı", - məlumatda deyilir.
Qeyd olunub ki, FFF-nin müvəqqəti prezidenti vəzifəsini 10 iyun 2023-cü ilə qədər vitse-prezident Filip Diallo icra edəcək.
Onu da deyək ki, 81 yaşlı futbol federasiyası prezidentinin ona qarşı qaldırılan cinsi qısnama iddiaları ilə bağlı istefa verdiyi deyilir.
Ağarza Elçinoğlu