"Azərbaycan unitar dövlətdir və ölkəmizdə bir Ombudsman təsisatı olmalıdır. Ancaq Naxçıvanda ayrı Ombudsman institutu var".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin müzakirəsi zamanı deyib.
Naxçıvan Muxtar Respublikasında olan Ombudsman institutu ləğv edilməlidir: "Orada yüzlərlə mülkiyyət hüququ pozulmuş insanlar var. Onlar da respublika Ombudsmanına müraciət edə bilmirlər. Orada da problemləri həll olunmur. Ona görə də bu məsələ üzərində düşünməyə ciddi ehtiyac var".
Anar Kəlbiyev