Bu gün Bakıda Nicat Lənkəranski kimi tanınan şəxsə edilən silahlı hücumun sifarişçisi məlum olub.

“Unikal”ın əldə etdiyi məlumata görə, N. Lənkəranskiyə silahlı hücumun  sifarişçisi onunla konfliktdə olan kriminal aləmin digər üzvü Emin Naxçivanski olub. Tərəflər arasında uzun müddətdir davam edən qarşdurmayla bağlı maraqlı faktlar da üzə çıxıb.

Belə ki, E. Naxçıvanskinin “Qardaşoğlu” ləqəbi ilə tanınan qardaşı Elnur Qasımovun Nicat Lənkəranski tərəfindən öldürüldüyü ehtimal edilir.

Qeyd edək ki, hər iki şəxs mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin tərəfdarları hesab edilir.

Orxan Həsənli

xxx

21:47

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Sirkinin yaxınlığındakı atışmanın kriminal aləmdə Nicat Lənkəranski kimi tanınan şəxsə görə baş verdiyi iddia edilib.

"Unikal" xəbər verir ki, "Vurğun Rezidens"də yerləşən zala məşqə gələn Nicat oradan çıxarkən silahlı hücuma məruz qalıb. Naməlum şəxs onu öldürməyə cəhd etsə də alınmayıb.

Qeyd edək ki, silahlı insidentlə bağlı şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

xxx

17:25

Bu gün Bakıda baş verən silahlı insidentlə bağlı bəzi təfərrüatlar məlum olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə şəxsi münaqişə zəminində baş verib. Kriminal aləmin üzvlərindən birinə silahlı hücum olub.

Seymur Əli