“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen La Liqada yeni rekorda imza atıb.
"Unikal" xəbər verir ki, 30 yaşlı qolkiper cari mövsüm yerli çempionatda çıxdığı 25 oyunun 19-da qol buraxmayıb. Nəticədə o, belə nəticəyə imza atan ilk qapıçı adını qazanıb.
Ter Ştegen 1993-1994-cü il mövsümündə La Liqada 25 oyunun 18-də qol buraxmayan "Deportivo"nun qapıçısı Fransisko Llanyonu ötüb.