Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) paracüdo üzrə milli komandasının üzvü Namiq Abaslı Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb.

“Unikal” xəbər verir ki, turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Martın 16-dək davam edəcək turnir “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

xxx

18:07

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) paracüdo üzrə milli komandasının üzvü Namiq Abaslı Qran-pri turnirində finala yüksəlib.

"Unikal" AMPK-ya istinadla xəbər verir ki, Misirin İsgəndəriyyə şəhərində keçirilən turnirdə 73 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda yaponiyalı rəqibi Y.Setonu məğlub edərək finala vəsiqə qazanıb.

Martın 16-dək davam edəcək turnir “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Qeyd edək ki, yarışdan əvvəl Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün göz tibbi təsnifat keçirilib. Tibbi təsnifatdan uğurla keçmiş idmançılar yarışda iştirak hüququ əldə ediblər.