Tovuzda yanğın hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, bu bardədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Tovuz rayonunun Düz Qırıqlı kəndində ümumi sahəsi 70 kvadratmetr olan talvarın yanar konstruksiyası 30 kvadratmetr sahədə və altına yığılan bir ton ot bağlamasının 600 kiloqramı yanıb.

Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.