Tovuzda qəza olub, ölən  və xəsarət alan var.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mersedec" markalı minik maşını ilə digər minik maşını toqquşub. Qəza zamanı 37 yaşlı Elçin Yaqubəliyev hadisə yerində ölüb. 38 yaşlı Vüsal Kərimov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov