"Hazırda Almaniya üçün Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səyləri aktivləşdirməsi son dərəcə vacibdir".
"Unikal" xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Almaniya Ermənistan-Azərbaycan sərhədində qeyri-sabit vəziyyətdən narahatdır. “Bu vəziyyət uzun müddət davam edə bilməz. Bunu əvvəlki aylarda, həftələrdə baş verənlər sübut edir. Təbii ki, biz yerlərdə humanitar vəziyyəti də unutmuruq. Bizim ümumi məqsədimiz Dağlıq Qarabağ xalqının mənafeyi naminə bu münaqişənin uzunmüddətli və real həllini tapmaq olmalıdır”, - deyən Şolts münaqişənin sülh yolu ilə həllinin Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qorunmasına əsaslanmalıdır. .
Almaniya kansleri beynəlxalq normalara və öhdəliklərə uyğun olaraq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsinin, iki dövlətin bütün sakinlərinin insan hüquqlarının və azlıqların qorunmasının vacibliyini qeyd edib. “Buna görə də Almaniya Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçilik səylərini dəstəkləyir. Avropa sülhməramlı missiyası bunun bir hissəsidir. Prezident Əliyevin erməni həmkarları ilə görüşünü alqışlayıram. Münaqişənin sülh yolu ilə həlli üçün ümumi iradə var”, - deyə o, yekunlaşdırıb.