Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı 13 yaşlı İbrahim Zeynalovla görüşüb.
"Unikal" xəbər verir ki, diplomat bu barədə tvitterdə yazıb.
“Eşitdim ki, hüquqşünas olmaq istəyir. Ona uğurlar arzulayırıq. Təhsilinə hər zaman dəstək verməyə hazır olduğumu söylədik”, - səfir bildirib.
Qeyd edək ki, bu günlərdə Xınalıqda yaşayan 13 yaşlı İbrahim Zeynalovun polşalı turistlə ingilis dilində dialoqu sosial şəbəkələrdə paylaşılıb.
Quba’nın bir köyünde yaşayan 13.yaşındaki İbrahim Zeynolov ile bugün tanış olduk.
— Cahit Bağcı (@cahitbagci) March 15, 2023
Duydum ki hukukçu olmak istiyor.
Bu uğurda başarılar diledik, eğitimine destek vermeye hazır olduğumuzu atasına söyledik. 🇹🇷🤝🇦🇿 pic.twitter.com/lvSTw3UVSK