İtaliyanın Neapol şəhərinin mərkəzində "Napoli"nin və Almaniyanın "Ayntraxt" klubunun azarkeşləri iğtişaşlar və polislə dava salıblar.
"Unikal" xəbər verir ki, bu barədə Corriere dello Sport yazıb. Hüquq-mühafizə orqanları əməkdaşları ilə toqquşma futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları ərəfəsində baş verib. İlk görüşdə İtaliya yığması səfərdə rəqiblərinə 2:0 hesabı ilə qalib gəlib.
Nəşrin məlumatına görə, alman klubunun çoxlu sayda azarkeşi şəhərin mərkəzinə gəlib, onlara digər İtaliya klubu “Atalanta”nın azarkeşləri də qoşulub. Nəticədə “Napoli” azarkeşləri rəqiblərlə əlbəyaxa dava salıblar və bu dava iğtişaşlara çevrilib. Şəhər polisinin mətbuat xidməti bildirib ki, şəhərdə bir neçə avtomobil, o cümlədən polis maşınları yanıb. Daha əvvəl “Zenit”in keçmiş məşqçisi Aleksey Strepetov bildirib ki, azarkeş ID-sinin (Fan ID) məcburi qeydiyyata alınması zərurəti ilə əlaqədar Rusiya futbol matçları öz bayram ab-havasını itirib. Onun sözlərinə görə, futbol klubları azarkeşləri stadionlara qaytarmaq üçün azarkeş hərəkatı və Rusiya Futbol İttifaqı (RFU) ilə danışıqlar aparmalıdır. Mütəxəssis vurğulayıb ki, futbolun aurasını yaradan azarkeşlərdir və futbolçuların onların dəstəyinə həqiqətən ehtiyacı var.