Mərkəzi Amerika ölkəsi El-Salvadorun prezidenti Nayib Bukele sosial mediada paylaşımı ilə diqqət çəkib.
"Unikal" xəbər verir ki, prezident ölkəsində həbs edilən 2000 narkobaronı Amerika qitəsinin ən böyük həbsxanasına köçürüldüyünü əks etdirən görüntülər paylaşıb.
Məlum olub ki, 40 min nəfərlik həbsxana Bukelenin göstərişi ilə tikilib.
Bukelenin paylaşdığı videoda dəstə üzvlərinin sıx təhlükəsizlik tədbirləri altında qısa şort və yalın ayaqla həbsxanaya aparıldığı anları əks olunub.
Gülayə Mecid