Polşa yaxın günlərdə Ukraynaya 4 ədəd MiQ-29 qırıcısını təhvil verəcək.

"Unikal" xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda deyib.

"Yaxın günlərdə biz dörd təyyarəni tam işlək vəziyyətdə Ukraynaya təhvil veririk. Digər təyyarələrə texniki qulluq göstərilir və hazırlanır", - Duda açıqlayıb. 

Polşa lideri vurğulayıb ki, Polşa sovet MiQ-29-larını Cənubi Koreyanın FA-50-ləri, eləcə də Amerika F-35-ləri ilə əvəz edəcək.

Ağarza Elçinoğlu